“Bloomberg” agentliyi tərəfindən keçirilən sorğuya əsasən, dünya neft ehtiyatlarında artım müşahidə edilməsinə baxmayaraq, bu ilin sonuna qədər neftin qiymətinin cari səviyyədən 16% yüksək olacağı bildirilir.
“Forexpf.ru” saytına istinadən xəbər verilir ki, Rusiya Bankının (Mərkəzi Bank) proqnozları isə daha bədbindir.
Bank bu ildə “Urals” markalı neftin orta qiymətinin 50 dollar/barel olacağını, ilin sonu yaxınlaşdıqca isə 40 dollar/barelə kimi geriləyəcəyini və bu səviyyədə 2019-cu ilin sonuna qədər qalacağını ehtimal edir.
Xatırladaq ki, Rusiya Maliyyə Nazirliyi öz hesablamalarında və federal büdcənin tərtibatında neftin baza qiymətini 40 dollar/barel səviyyəsində əsas kimi götürüb.
Hollandiya “Rabobank”ının London şöbəsinin valyuta bazarları üzrə mütəxəssisi Petr Matisa görə, “konservativ mövqe tutmaq və sonra sevinmək, nikbin qalıb, sonra məyus olmaqdan daha yaxşıdır”.
Mənbə: Report.az