"Neftin qiyməti 173 dollaradək yüksələ bilər" | Banco.az

"Neftin qiyməti 173 dollaradək yüksələ bilər"

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) müsbət ssenarisinə əsasən, "Brent" markalı neftin bir barelinin qiyməti 2050-ci ilə 173 dollaradək yüksələ bilər.

Bu barədə EIA-in 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatına istinadən xəbər verilir.

Məlumata görə, qeyd olunan qiymət 2020-ci il üçün dollar məzənnəsinə uyğun olaraq hesablanıb.

Mütəxəssislərin fikrincə, mənfi ssenariyə uyğun olaraq, hesabat dövründə "Brent"in qiyməti 48 dollar, realistik ssenariyə uyğun isə 95 dollar təşkil edə bilər.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram