Neftin qiyməti 110 dollara qədər qalxacaq | Banco.az

Neftin qiyməti 110 dollara qədər qalxacaq

Royal Dutch Shell 2014-cü il üçün öz hesabatını təqdim edib.

Bundan başqa, yaxın illərdə kapital xərclərinin xeyli dərəcədə ixtisar ediləcəyini deyən korporasiyanın başçısı Ben van Börden uzun vədəli perspektivdə neftin qiymətinin artacağını gözlədiklərini də bildirib.

Shell korporasiyasının gəliri 2014-cü ilin IV kvartalının yekunlarına görə 57 faiz aşağı düşərək 773 milyon dollar təşkil edib. Ümumilikdə isə keçən il korporasiyanın gəlirində 8 faiz geriləmə müşahidə olunub və Shell ili 15,05 milyard dollar gəlirlə başa vurub.

Dünyanın ən iri neft kompaniyalarından biri olan Royal Dutch Shell korporasiyasının hesabatında dünya bazarında neftin qiymətlərinin ucuzlaşması ilə əlaqədar 2015-2017-ci illərdə kapital xərclərinin 15 milyard dollara qədər ixtisar ediləcəyi qeyd olunub.

Bununla yanaşı, Shell korporasiyasının baş direktoru Ben van Börden kompaniyanın neftin qiymətləri ilə bağlı uzun vədəli proqnozunu da açıqlayıb. Onun sözlərinə görə, Brent markalı neftin barrelinin qiyməti 110 dollara qədər qalxacaq.

Ən sərfəli kredit üçün müraciət et