"Neftin qiyməti 100 dollara qədər artacaq" | Banco.az

"Neftin qiyməti 100 dollara qədər artacaq"

Bir il yarım ərzində neftin bir barelinin qiyməti 100 ABŞ dollarına qədər artacaq.

Bunu misirli milyarder, “Orascom Telecom Media and Technology” holdinqinin rəhbəri Naqib Saviris CNBC televiziyasına müsahibəsində bildirib.

“Mən həqiqətən inanıram ki, 18 aydan sonra neftin qiyməti 100 dollar/barelə çatacaq”,- deyə o bildirib.

Onun fikrincə, Rusiya və Səudiyyə Ərəbistanı bazardan ABŞ şist nefti istehsalçılarını çıxarmaq üçün qiymət müharibəsinə başlayıblar.

Saviris qeyd edib ki, Moskva və Ər-riad “qara qızıl”ın qiymətinin düşəcəyini bilirdilər, ancaq “rəqibi öldürmək” üçün vəziyyəti çətinləşdirdilər, sonradan da neftin bir barelinin qiymətin 50 və 60 ABŞ dolları olacağını gözləyiblər. “Hesab edirəm ki, bu hesablanmışdı”, deyə o bildirib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram