Neftin builki orta qiyməti kəskin artacaq | Banco.az

Neftin builki orta qiyməti kəskin artacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il xam neftin bir barelinin orta qiyməti 41,7% artaraq 58,52 ABŞ dolları təşkil edəcək.

Fondun "World Economıc Outlook" hesabatınına görə, 2022-ci ildə neftin orta qiyməti 6,3% azalaraq 54,83 dollara enəcək. BVF 2021-ci ildəki gözlənən artımın əsas səbəbləri kimi, bazarda azalmış təklifin (OPEC və "OPEC+" çərçivəsində mövcud hasilat məhdudiyyətləri), qlobal neft ehtiyatlarının tədricən azalması və tələbin artmasını göstərir.

Bundan əlavə, BVF bildirib ki, 2020-ci ilin avqust və 2021-ci ilin fevral ayları aralığında neftin orta qiyməti 39% artıb. Artımın əsas drayveri Asiyada COVID-19-a qarşı vaksinasiyanın sürətlə yayılmasının əhəmiyyətli iqtisadi bərpaya yol açması olub.

Qeyd edək ki, 2020-ci ildə xam neftin orta qiyməti 32,7% azalaraq 41,29 dollar təşkil edib. Neftin orta qiyməti hesablanarkən "Brent", "Dubai" və WTI markalı neftlərin orta qiymətləri götürülür. Hazırda dünya bazarlarında "Brent" markalı neft 63,36 dollara, "Dubai" 64,41 dollara, WTI isə 59,85 dollara ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Azərbaycanın 2021-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulub. 

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et