"Neftin birja qiyməti bir barel üçün 157 dollara qədər yüksələ bilər" | Banco.az

"Neftin birja qiyməti bir barel üçün 157 dollara qədər yüksələ bilər"

"İsrail və Fələstinin HƏMAS radikal qruplaşması arasında müharibə  daha da qızışarsa, neftin birja qiyməti bir barel üçün 157 dollara qədər yüksələ bilər" . 

Banco.az xəbər verir ki, bunu  Dünya Bankının analitikləri deyib. 

Hesabata görə, Yaxın Şərqdə hərbi münaqişənin coğrafiyasının kəskin şəkildə genişlənməsi və bir sıra regional dövlətlərin buna cəlb olunması ilə qlobal enerji bazarı xammal təchizatında ciddi fasilələrlə üzləşə bilər:

 "Bu halda ümumi itkilər sutkada 6-8 milyon barel səviyyəsində qiymətləndirilir. Miqyas baxımından belə bir azalma 1973-cü ildə ərəb neft embarqosu ilə müqayisə oluna bilər".

Dünya Bankının analitikləri onu da əlavə ediblər  ki, Yaxın Şərqdəki münaqişə səbəbindən xammal tədarükündə kiçik fasilələr olsa belə, qlobal səviyyədə tədarükün azalması gündə 500 mindən iki milyon barelə qədər ola bilər:

"Bu vəziyyətdə neftin birja qiymətləri 93-102 dollar diapazonunda olacaq ki, bu da əlavə inflyasiya təzyiqi yaradacaq. Öz növbəsində, gündə 3-5 milyon barel "orta" fasilələrlə əmtəə qiymətləri bir barel üçün 121 dollara qədər yüksələ bilər".

 Qeyd edək ki, 1973 -cü ildə qlobal neft böhranının səbəbi Neft İxrac Edən Ərəb Ölkələri Təşkilatına  üzv ölkələrin Misir və Suriyaya qarşı  "Yom Kippur" müharibəsində İsraili dəstəkləyən dövlətlərə xammal tədarükünü qadağan etməsi idi . Bu qərar nəticəsində Böyük Britaniya , Kanada, Hollandiya, ABŞ və yaponiya  Yaxın Şərq neftini ala bilmədilər. Embarqo 1974-cü ilin martına qədər davam etdi. Bu müddət ərzində xammalın birja qiymətləri dörd dəfə artaraq bir barel üçün 3 dollardan 12 dollara qədər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram