Neftin bir bareli 56,91 dollara qədər bahalaşıb | Banco.az

Neftin bir bareli 56,91 dollara qədər bahalaşıb

Cümə axşamı Nyu-York birjasında neftin qiyməti İranın Amerika pilotsuz uçan aparatını vurması xəbərindən sonra 5 faizdən çox artıb.

Neftin avqust fyuçersinin qiyməti 5,45% və ya 2,94 dollar artaraq bir barel üçün 56,91 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Birjadakı vəziyyəti şərh edən CNN teleşirkəti qeyd edir ki, neftin qiymət artımı bazar iştirakçılarının Fars körfəzi ərazisindən neft tədarüklərində hər hansı bir pozuntunun yarana biləcəyi qorxusu ilə bağlıdır.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et