Neftin bahalaşmasını gözləyən ekspertlərin sayı tarixi maksimuma çatıb | Banco.az

Neftin bahalaşmasını gözləyən ekspertlərin sayı tarixi maksimuma çatıb

Neft qiymətlərinin yüksəlməsini proqnozlaşdıran analitiklərin sayı tarixi maksimal həddə çatıb. "Bloomberg" agentliyi tərəfindən əmtəə bazarları analitikləri arasında aparılan sorğuya əsasən, 11 may tarixi etibarı ilə neft qiymətlərinin yüksəlməsini ehtimal edənlər 71,4% təşkil edib. Qeyd edək ki, bir həftə əvvəl bu göstərici 56,7%, 27 apreldə isə 48,5% olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin, qızılın qiymətinin yüksələcəyini proqnozlaşdıran analitiklərin sayı 35,3%, azalacağını ehtimal edənlər isə 23,5% təşkil edib. Qeyd edək ki, "Bloomberg" agentliyi adı çəkilən sorğunu həftəlik keçirir.

Mənbə: Report.az