Neftin bahalaşması dayanıb | Banco.az

Neftin bahalaşması dayanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinin sərhədləri açması ilə dəyər qazanmağa davam edən neftin bahalaşması dayanıb.

Banco.az xəbər verir ki, Çinin sərhədləri yenidən açması fonunda dünya miqyasında tələb perspektivlərinə dair müxtəlif proqnozların verilməsi ilə neft bazarları 7 sessiyadan sonra ilk dəfə mənfi qrafikə keçib.

Ötən həftə 8 faizdən çox bahalaşan ABŞ xam nefti yeni həftənin ilk ticarət günündə 80 dollardan aşağı düşüb.

Brent markalı neft isə 0,86 faiz ucuzlaşmaqla 84,56 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et