Neftin bahalaşması davam edir | Banco.az

Neftin bahalaşması davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Şimali İraqdan Türkiyəyə 400 min barellik ixracın dayandırılması ilə 5% bahalaşan neft stabilliyini saxlayır.

Banco.az xəbər verir ki, Türkiyədən neft tədarükünün kəsilməsi və qlobal bankçılıq böhranının yüngülləşməsi fonunda neftin qiyməti ötən ilin oktyabr ayından bəri ən sürətli yüksəlişini reallaşdırıb.

ABŞ xam neft fyuçersləri bazar ertəsi 5 faizdən çox dəyər qazandıqdan sonra hazırda bir bareli 73.04 dollara ticarət olunur.

Brent markalı neftin bir bareli isə 78.39 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et