Neftin bahalaşması ABŞ-da ehtiyatların artıması və virus səbəbindən dayanıb | Banco.az

Neftin bahalaşması ABŞ-da ehtiyatların artıması və virus səbəbindən dayanıb

Koronavirusun yayılmasına və ABŞ-da anbarlarda neft ehtiyatlarının artmasına bağlı narahatlıqların təsiri ilə neft qiymətlərinin yüksəlməsi dayanıb.

Amerikan Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 1.75 milyon barel artıb. ABŞ-da Çərşənbə günü açıqlanacaq rəsmi məlumatlar da bunu doğrulasa, ehtiyatlarda ardıcıl üç həftə artım reallaşdırmış olacaq.

Digər tərəfdən, ABŞ-da yoluxucu xəstəliklər mövzusunda ən yüksək vəzifəli şəxs Anthony Fauci, Konqresə, koronavirusa yeni yoluxma faktlarının "narahatedici bir artım" olduğunu söyləyib. 

Bakı vaxtı ilə saat 09:35-də Brent nefti 0,2% ucuzlaşma ilə 42,54 dollardan, ABŞ xam nefti isə 0,5% ucuzlaşma ilə 40,17 dollardan ticarət olunub.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram