Neftimizin dəyəri artıb | Banco.az

Neftimizin dəyəri artıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin bir barelinin qiyməti bahalaşıb. 

ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 2,25 dollar bahalaşıb. 

Hazırda neftin bir barelinin qiyməti 67,44 dollara çatıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.40 dollar (0.66%) artaraq 61.15 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.30 dollar (0.45%) bahalaşaraq 67.16 dollar olub. 

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et