Neftə tələbat 2021-ci ilin ikinci yarısında bərpa olunacaq | Banco.az

Neftə tələbat 2021-ci ilin ikinci yarısında bərpa olunacaq

“Neftə olan tələbin bərpasında yavaşlama müşahidə edirik. Əlbəttə ki, əsas səbəb pandemiyanın hələ də qalmasıdır”.

Bunu Tümen Neft-Qaz Forumunda çıxış edən “Qazprom Neft”in rəhbəri Aleksandr Dyukov deyib.

“Bir çox ölkə ya ikinci dalğanı gözləyir, ya da artıq bununla üzləşib. Ancaq əminik ki, xüsusən Avropa ölkələrində olan bu cür sərt reaksiya, bu cür sərt karantin tədbirləri daha olmayacaq. Ona görə də gələn ilin ikinci yarısında 2019-cu ilin istehlak həcminə çatacağımıza ümid edə bilərik”, - o əlavə edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et