Neftə olan tələbat azalacaq - PROQNOZ | Banco.az

Neftə olan tələbat azalacaq - PROQNOZ

Qlobal bazarda neftə məcmu tələb 2035-ci ildə 87 mln. barel/gün təşkil edərək cari tələbdən 7% az olacaq.

"Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə "VYGON Consulting" şirkətinin hazırladığı proqnoz hesabatın baza variantında qeyd olunub. Hesabatda həmçinin bildirilir ki, məcmu neft tələbinin 2023-cü ildə cari səviyyədən 3,3% artımla gündəlik 97 mln. barelə çatması gözlənilir.

"VYGON Consulting"ə görə, neftə tələbin azalmasına səbəb kimi avtonəqliyyat və energetika sektorlarında istehlakın azalması göstərilib. Bununla yanaşı, OECD ölkələrində 2035-ci ilə qədər neft tələbinin 27% azalması, inkişaf etməkdə olan ölkələrdə isə 11% artması proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin baza proqnoz variantına əsasən, avtomobil nəqliyyatı yanacağı 2035-ci ilə kimi 2015-ci ildəki gündəlik 43,2 mln. bareldən 3,3 mln. barel/gün və ya 7,6% azalaraq 39,9 mln. barel/günə enəcək. Benzin istehlakı cari məcmu tələbin 39%-ni təşkil edirdisə, 2035-ci ilə bu göstərici 24%-ə, dizel yanacağının payı isə 31% (sabit) səviyyəsində olacaq. 

Analitiklərin fikrincə, neft, bərpa olunan enerji növlərinin inkişafından asılı olmayaraq əsas enerji mənbəyi olmağa davam edəcək: "Bununla yanaşı, neftə tələbin kəskin azalması mümkündür. Neft hasilatının maksimal həddə çatması fonunda istehlak bazarları uğrunda mübarizə neft qiymələrini kəskin azalda bilər".

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et