Neftdə tarixi razılaşma qeydə alındı | Banco.az

Neftdə tarixi razılaşma qeydə alındı

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-ə üzv olmayan bəzi neft istehsal edən ölkələr hasilatın azaldılmasına dair son qərarı veriblər.

Tətbiq ediləcək azaltma tarixdə ən böyük hasilat azaldılması kimi qeydə alınıb.

OPEC+ adı ilə tanınan, 23 üzvü olduğu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və OPEC-ə üzv olmayan neft istehsal edən ölkələrin dünən telekonfrans yolu ilə 10-uncu Fövqəladə Nazirlər Yığıncağı keçirildi. 

Yığıncağın ardından OPEC-in katibi Məhəmməd Barkindo etdiyi açıqlamada cümə günü qəbul edilən neft istehsalının azaldılması qərarının tətbiq olunacağını bildirib. 

Belə ki, OPEC+ olaraq bilinən qrup, gündəlik xam neft istehsalı miqdarını 1 Maydan 30 İyuna qədər təxminən 10 milyon barel azaldacaq.

Hasilatın azaldılması miqdarı 1 İyul-31 dekabr tarixlərində 6 ay ərzində gündəlik 8 milyon barel, 1 Yanvar 2021 - 30 Aprel 2022-ci il arasındakı 16 ay ərzində isə gündəlik 6 milyon barel olaraq tətbiq olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Razılaşma daxilində Səudiyyə Ərəbistanı gündəlik xam neft istehsalını 12 milyon bareldən 8,5 milyon barelə salaraq 3,5 milyon barel azaldacaq. Rusiya isə gündəlik xam neft istehsalını 10,3 milyon bareldən 8,5 milyon barelə salaraq 1,8 milyon barelə azaldacaq.

Razılaşma daxilində Meksikadan tələb edilən gündəlik 400 min barellik azaltma, ölkənin milli neft şirkəti Pemex-in iqtisadi problemləri ilə əlaqədar olaraq 100 min barelə endirilib. 

Meksikanın payına düşən qalan gündəlik 300 min barellik azaltmanı ABŞ təmin edəcək. 

ABŞ Prezidenti Donald Tramp Twitter hesabından etdiyi açıqlamada, "OPEC+ ilə böyük neft razılaşması tamamdır. Bu, ABŞ-da minlərlə məşğulluğu xilas edəcək. Rusiya və Səudiyyə Ərəbistanını təbrik edirəm" ifadələrini istifadə edib. 

OPEC+ qrupunun gündəlik 10 milyon barellik xam neft azaltması miqdarının, qrupa üzv olmayan G20 ölkələrinin iştirakı ilə gündəlik 20 milyon barelə çatdırılması hədəflənir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et