Neft yenidən ucuzlaşdı | Banco.az

Neft yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Çinin dövlət şirkətlərinə nəyin bahasına olursa-olsun enerji tədarük təhlükəsizliyini təmin etmələrinə dair göstəriş verməsindən sonra bahalaşsa da, Ağ Evin qiymətlərin bahalaşmasının narahatlığa səbəb olduğuna dair açıqlamasından sonra yenidən ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) noyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,2% ucuzlaşaraq hazırda bir bareli 74.90 dollara icra edilir.

Brent markalı neftin dekabr fyuçersi isə London əmtəə birjasında 0,3% dəyər itirərək bir bareli 78.06 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et