Neft yenidən ucuzlaşdı | Banco.az

Neft yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni həftəyə ucuzlaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti 2,5 ildən sonra ilk dəfə 70 dollar səviyyəsini üstələdikdən sonra yeni iş həftəsinin ilk gününə ucuzlaşaraq başlayıb.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,3% ucuzlaşmaqla hazırda bir bareli 69.43 dollara icra edilir.

Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında 0,8% dəyər qazandıqdan sonra 0,4% geriləyərək bir bareli 71.62 dollar səviyyəsinə enib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram