Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri yenidən ucuzlaşmağa başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ABŞ-da xam neft ehtiyatlarının artması xəbərlərinin fonunda ucuzlaşıb.
Qeyd edək ki, Nyu-York əmtəə birjasında bir barel neftin qiyməti 0,9% geriləyərək 61 dollara düşüb.
ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:10-da 56 sent geriləyərək bir bareli 61.11 dollara qədər ucuzlaşıb.
Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0,2% yüksəldikdən sonra yenidən 0,6% dəyər qazanaraq bir bareli 65 dollar səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!