Neft yenidən ucuzlaşdı | Banco.az

Neft yenidən ucuzlaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri nisbətən ucuzlaşıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, 2021-ci ilin əvvəlindən bəri bahalaşan neft qiymətlərinin bu yüksələn dinamikası xam neft ehtiyatının artması və təklif bolluğuna dair narahatlıqlar səbəbilə dayanıb.

Nyu York əmtəə birjasında bir barel neftin qiyməti 53 dollar səviyyəsində icra edilib.

ABŞ xam neftinin (WTI) fevral fyuçersi Nyu York əmtəə birjasında (Nymex) çərşənbə günü 0.6% dəyər itirdikdən sonra bu gün Bakı vaxtı ilə 08:03-də 52.82 dollara geriləyib.

Brent markalı neftin mart fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0.9% gerilədikdən sonra yenidən 0.3% dəyər itirməklə bir bareli 55.92 dollara qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et