Neft yenidən bahalaşmağa başlayıb | Banco.az

Neft yenidən bahalaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Borc limiti böhranın səngiməsi ilə neft qiymətləri bahalaşıb.

Banco.az xəbər verir ki, neft ABŞ-ın borc defoltundan yayına biləcəyinə dair nikbinliklə bir aydan çox müddətdir ki, ilk dəfə həftəlik qazanc əldə edib.

ABŞ xam nefti 72 dollardan bahalaşmaqla həftə ərzində təxminən 3 faiz dəyər qazanıb.

Brent markalı neft isə 76,54 dollara satılır.

Qeyd edək ki, Çinin ləng iqtisadi bərpası və FED-in monetar sərtləşdirməsi proqnozlara mənfi təsir göstərdiyi üçün xam neft bu il hələ də 10 faiz aşağı ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram