Neft yenidən bahalaşır | Banco.az

Neft yenidən bahalaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ötən üç həftənin minimumuna gerilədikdən sonra bu gün birjaların ümumi tələb mənzərəsinə fokuslanması ilə bahalaşıb.

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,7% yüksələrək hazırda bir bareli 66.94 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında bazar ertəsi 2,4% uculaşdıqdan sonra 0,5% bahalaşmaqla 69.35 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram