Neft yenidən bahalaşır | Banco.az

Neft yenidən bahalaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yeni həftəyə bahalaşma ilə başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti diqqətlərin sabah həyata keçiriləcək OPEC+ iclasına yönəlməsi ilə Asiya birjalarında bahalaşıb.

ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,7% bahalaşmaqla hazırda bir bareli 66.76 dollara icra edilir.

Brent markalı neftin avqust fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 0,7% ucuzlaşdıqdan sonra 0,6% dəyər qazanaraq bir bareli 69.14 dollar səviyyəsinə çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram