Neft yenidən bahalaşır | Banco.az

Neft yenidən bahalaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri qazanc dinamikasını bərpa edib.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti bazar ertəsi 70 dollar səviyyələrindən gerilədikdən sonra çərşənbə günü Asiya birjalarında yenidən bahalaşıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə saat 08:25-də 0,7% yüksələrək bir bareli 65.49 dollara çatıb.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1,6% gerilədikdən sonra 0,8% dəyər qazanaraq bir bareli 68.79 dollar səviyyəsinə qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et