Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri OPEC+ iclasından öncə bahalaşmağa başlayıb.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti OPEC+ tərəfindən neft hasilatının nə qədər artırılacağı ilə bağlı qərarın qəbul ediləcəyi iclasdan öncə yenidən bahalaşmağa başlayıb.
ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:51-də 0,3% dəyər qazanaraq bir bareli 59.92 dollara qədər bahalaşıb.
Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında 0,4% yüksələrək bir bareli 62.96 dollar səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!