Neft yenidən bahalaşır | Banco.az

Neft yenidən bahalaşır

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti qlobal birjaların Texasda soyuq hava dalğasının səbəb olduğu geriləməni proqnozlaşdırması ilə birlikdə yenidən bahalaşmağa başlayıb. Goldman Sachs Group növbəti aylarda neft qiymətlərinin 70 dollara qədər bahalaşacağını ehtimal edir.

Qeyd edək ki, London əmtəə birjasında bir barel neftin qiyməti 63 dolları üstələyib.

ABŞ xam neftinin (WTI) mart fyuçersi Nyu York əmtəə birjasında (Nymex) 1,2% yüksələrək bir bareli 59.96 dollardan icra edilir.

Ən sərfəli kredit üçün müraciət et

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki iki seansda 2%-dən çox dəyər itirdikdən sonra bu gün Bakı vaxtı ilə 08:38-də 1,3% yüksələrək bir bareli 63.75 dollara qədər bahalaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et