Neft yenidən bahalaşıb | Banco.az

Neft yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çindən gələn məlumatlar fonunda neftin qiyməti bahalaşıb.

Banco.az xəbər verir ki, Çin iqtisadiyyatının ötən rüb üzrə gözləniləndən daha yaxşı nəticə göstərməsi və builki tələbin bərpası nəticəsində dünya neft bazarlarında yüksəliş dinamikası müşahidə olunmaqdadır.

Brent markalı neftin qiyməti bazar ertəsi 1 faiz ucuzlaşdıqdan sonra bugün yenidən bahalaşaraq bir bareli 84 dolları keçib.

ABŞ xam neftinin bir bareli isə 79,65 dollara satılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram