Neft yenidən bahalaşıb | Banco.az

Neft yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən bahalaşmağa başlayıb.

Banco.az xəbər verir ki, neft qiymətlərində yeni ilin ilk həftəsində müşahidə olunan eniş tendensiyası cümə axşamından etibarən yerini yuxarı istiqamətli hərəkətliliyə buraxıb.

Ötən iki sessiyada təxminən 9 faiz dəyər itirən neft tələb narahatlıqlarının bazara təsir göstərməsi ilə yenidən bahalaşmağa başlayıb.

ABŞ xam nefti mart ayından bəri ən böyük iki günlük ucuzlaşmadan sonra bir bareli 0,70 faiz bahalaşaraq 73,54 dollara çatıb.

Brent markalı neftin bir bareli isə 0,67 faiz dəyər qazanmaqla 78,51 dollara satılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et