Neft yenidən bahalaşdı | Banco.az

Neft yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft bahalaşmağa başlayıb. 

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti Covid-19 yoluxma sayının artmasına baxmayaraq qlobal neft tələbinin güclü qalacağına dair proqnozlar fonunda bahalaşıb.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) 0,3% dəyər qazanmaqla hazırda bir bareli 72 dollara icra edilir.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 0,3% bahalaşmaqla bir bareli 74 dollara qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et