Tamara Mustafayeva, Banco.az
Neft qiymətləri üzrə qeyri-müəyyənlik davam edir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti yoluxma sayının artması və Delta ştammının səbəb olduğu qeyri-müəyyənliklə əvvəlcə bir qədər ucuzlaşdıqdan sonra bahalaşıb.
Brent markalı neftin sentyabr fyuçersi London əmtəə birjasında 0,2% bahalaşmaqla bir bareli 75.34 dollara çatıb.
ABŞ xam neftinin (WTI) avqust fyuçersi isə Nyu-York əmtəə birjasında (Nymex) 0,3% dəyər qazanmaqla bir bareli 74.30 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!