Neft yenidən bahalaşdı | Banco.az

Neft yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən bahalaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti birjaların ABŞ, Avropa və Çindəki iqtisadi yaxşılaşmaya yönəlməsindən sonra 70 dollara doğru irəliləməyə başlayıb.

ABŞ xam neftinin (WTI) iyun fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bazar ertəsi 1,4% dəyər qazandıqdan sonra 0,4% də bahalaşmaqla bir bareli 66.51 dollara yüksəlib.

Brent markalı neftin iyul fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 2,5% yüksəldikdən sonra yenidən 0,3% bahalaşmaqla bir bareli 69.69 dollar səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et