Neft yenidən bahalaşdı | Banco.az

Neft yenidən bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti xam neft ehtiyatlarının azalması xəbərlərindən sonra dünən günü ötən bir ilin ən yüksək səviyyəsində başa vurub.

Qeyd edək ki, Nyu-York əmtəə birjasında hazırda bir barel neftin qiyməti 2,5% yüksələrək 63 dolları üstələyib.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün Bakı vaxtı ilə 08:05-də 6 sent yüksələrək bir bareli 63.28 dollara qədər bahalaşıb.

Brent markalı neftin aprel fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 2,6% yüksəldikdən sonra yenidən 0,3% dəyər qazanaraq bir bareli 67.21 dollar səviyyəsinə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et