Neft yeni aya ucuzlaşma ilə başlayıb | Banco.az

Neft yeni aya ucuzlaşma ilə başlayıb

Tamara Mustafayeva, Banco.az

Neft bazarı yeni ayı dəyər itkisi ilə qarşılayıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, qlobal iqtisadi ləngimədən enerji tələbatınının zərər görəcəyi ilə bağlı mövcud narahatlıqların OPEC+ tədarükünün kəsilməsi ehtimalı və ABŞ-ın xam neft ehtiyatlarının əhəmiyyətli dərəcədə azalması kimi əslində qiymət artımına səbəb olası amilləri kölgədə qoyması səbəbindən neftin qiyməti sentyabr ayına ucuzlaşma ilə başlayıb.

ABŞ xam neftinin (WTI) qiyməti dünya mərkəzi banklarının, o cümlədən FED-in yüksək inflyasiya ilə mübarizə siyasətini sərtləşdirməsi nəticəsində avqust ayında ardıcıl üçüncü ayı da dəyər itkisi ilə keçirərək 89 dollara düşüb. Bu, 2020-ci ilin aprelindən bəri qeydə alınan ən uzun geriləmə seriyasıdır.

Brent markalı neftin qiyməti isə 0,9% ucuzlaşaraq 95,22 dollara geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 23 ölkənin daxil olduğu OPEC+ koalisiyasının energetika nazirləri hasilat siyasəti ilə bağlı qərar vermək üçün sentyabrın 5-də bir araya gələcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et