Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,14 dollar yaxud 2,85% yüksələrək 41,18 dollar/barel təşkil edib.
"Brent" markalı neft isə 1,35 dollar və ya 3,18% bahalaşaraq 43,84 dollar/barelə bərabər olub.
Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı səviyyədə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 46 dollar/barel olacağı gözlənilir.