Neft və qızıl qiymətləri maksimumlarını yeniləməkdə davam edir | Banco.az

Neft və qızıl qiymətləri maksimumlarını yeniləməkdə davam edir

Beynəlxalq valyuta birjalarında yeni il bayramı ilə əlaqədar ticarət aktivliyi zəif olsa da neft və qızıl qiymətləri maksimumlarını yeniləməkdə davam edir.

Beynəlxalq valyuta birjalarında Amerika, Almaniya, İngiltərə və s. ölkələrdə yeni il bayramı ilə əlaqədar ticarət aktivliyi zəif olsa da əmtəə birjalarında aktivlik daha da yüksəlib. 

Belə ki, Brent neftinin bir barel qiyməti 67$, qızılın bir unsiya üzrə qiyməti isə 1500$-ın üzərində dalğalanmaqdadır. 

Ən sərfəli kredit üçün müraciət et

Təhlillər isə sözügedən maliyyə alətlərinin daha da bahalaşmaqda davam edəcəklərini proqnozlaşdırmağa əsas verir. 

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

Ən sərfəli krediti almaq üçün müraciət et