Neft və qazdan gəlirimiz 143 milyard dollara yaxınlaşıb | Banco.az

Neft və qazdan gəlirimiz 143 milyard dollara yaxınlaşıb

01 aprel 2019-cu il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan "Marja"ya daxil olmuş məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 140 milyard 450 milyon ABŞ dollarına çatıb.

01.01.2019 - 01.04.2019 tarixlərində isə AÇG yatağından əldə edilmiş gəlirlər 2 milyard 243 milyon ABŞ dolları, o cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər  91 milyon ABŞ dolları təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər isə (2007-ci ildən etibarən) 2 milyard 506 milyon ABŞ dollarna çatıb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et