Neft və qazdan gəlir 146 milyard dolları keçdi | Banco.az

Neft və qazdan gəlir 146 milyard dolları keçdi

Neft və qazdan gəlirimiz 146 milyard dolları keçdi.

31.07.2019 tarixinə, 2001-ci ildən etibarən Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 milyard 366 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Dövlət Neft Fondundan bildirilib.

01.01.2019 - 31.07.2019 tarixlərində AÇG yatağından 5 milyard 160 milyon ABŞ dolları gəlir əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2019 - 31.07.2019 tarixinə) 209 milyon dolları təşkil edib. 

Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 milyard 703 milyon ABŞ dolları (31.07.2019 tarixinə) təşkil edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et