Neft üzüaşağı gedir | Banco.az

Neft üzüaşağı gedir

İyul ayının fyuçers kontraktları üzrə Brent markalı neftin bareli hazırda 63,50 dollara satılır. Bu, aprelin 23-ü tarixindəki həddir. Neftin ucuzlaşmasına səbəb ABŞ valyutasının bahalaşmasıdır. FED-in uçot dərəcələrini bu il qaldırmaq ehtimalını qeyd etməsi dolları gücləndirib. Yunanıstan problemi və İspaniyada müşahidə olunan siyasi gərginlik avronu ucuzlaşdırır. Yapon yenası dollara nisbətən 8 illik minimum həddə düşüb. Bu barədə Banco.az portalı iqtisadçı-ekspert Samir Əliyevə istinadən məlumat verir.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanda da dolların son günlər rəsmi məzənnəsində artım qeydə alınır. Güman ki, sabah dollar bir az da bahalaşacaq. Əvvəllər də deyildiyi kimi manatın taleyi neftin qiymətindən asılı olacaq. Son aylar müşahidə edilən ölkədən kapital axını da manatı təyziq altında saxlayır. Yəqin ki, yaxın 10 gündə Mərkəzi Bank valyuta ehtiyatının həcmini açıqlayacaq. Ehtiyatın həcmində azalma müşahidə edilsə, bu, kapital axınının rəsmi təsdiqi olacaq. Kapital axını üçün kifayət qədər səbəblər yaranıb. Bütün bunlar isə ölkə iqtisdiyyatı üçün arzuolunan hal deyil.

Ən sərfəli krediti almaq üçün müraciət et