Neft ucuzlaşmaqda davam edir | Banco.az

Neft ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Qlobal mərkəzi bankların aqressiv sərtləşdirmə addımları iqtisadi artımla bağlı narahatlıqları artırarkən nefti ucuzlaşdırmaqda davam edir.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, dolların bahalaşması və artan tənəzzül narahatlıqlarının qlobal enerji tələbatı üçün risk faktoru yaratması fonunda neft ötən həftəki eniş tempini davam etdirib.

ABŞ xam neftinin bir bareli 0,97 faiz ucuzlaşmaqla 77,98 dollara düşüb.

Brent markalı neftin bir bareli isə 1 faiz dəyər itirməklə 85,29 dollara enib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et