Neft ucuzlaşmaqda davam edir | Banco.az

Neft ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Çindən gələn məlumatların təsiri ilə həftənin ilk ticarət günündə kəskin dəyər itkisi yaşayan neft bazarında eniş tendensiyası davam edir.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, dərinləşən qlobal geriləmənin OPEC istehsalçılarının tədarük artımı ilə üst-üstə düşməsi səbəbindən neft üçüncü gündür ki, dəyər itirməyə davam edir.

Həftənin ikinci ticarət günündə ABŞ xam nefti 88 dollardan ucuzlaşıb. Bu neft əvvəlki iki seansda təxminən 5 faiz ucuzlaşmışdı.

Brent markalı neftin qiyməti isə 94 dollardan aşağı düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et