Neft ucuzlaşmaqda davam edir | Banco.az

Neft ucuzlaşmaqda davam edir

Tamara Mustafayeva, Banco.az

Neft qiymətlərində ötən 10 ayın ən pis həftəlik göstəricisi müşahidə edilir.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti ötən həftəni Delta ştammının sürətlə yayılmasına dair narahatlıqlar fonunda 2020-ci ilin oktyabr ayından bəri müşahidə olunan ən böyük dəyər itkisi ilə başa vurduqdan sonra bir bareli 67 dollardan aşağı düşüb. 

ABŞ xam neftinin (WTI) sentyabr fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) ötən həftə 7,7% ucuzlaşdıqdan sonra 1,9% geriləyərək hazırda bir bareli 66.99 dollara icra edilir.

Brent markalı neftin oktyabr fyuçersi isə London əmtəə birjasında 1,8% uculaşmaqla bir bareli 69.45 dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et