Tamara Mustafayeva, Banco.az
Neft qiymətlərində ötən iki ayın ən böyük dəyər itkisi müşahidə edilir.
Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti İrandan gələcək neftlə bağlı narahatlıqlar fonunda bu ilin mart ayından sonrakı ən böyük həftəlik dəyər itkisinə doğru irəliləyir.
ABŞ xam neftinin (WTI) iyul fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) əvvəlki seansda 2,2% ucuzlaşdıqdan sonra 0,3% dəyər qazanmaqla hazırda bir bareli 62.15 dollara icra edilir.
Brent markalı neftin iyul fyuçersi isə London əmtəə birjasında cümə axşamı 2,3% gerilədikdən sonra 0,2% bahalaşmaqla bir bareli 65.23 dollar səviyyəsinə çatıb.
Bizi sosial şəbəkələrdən izləyin!!