Neft ucuzlaşmağa başlayıb | Banco.az

Neft ucuzlaşmağa başlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED rəsmilərinin faiz dərəcələrinin yüksək qalacağına dair siqnalı neft qiymətlərinin ucuzlaşmasına səbəb olub.

Banco.az xəbər verir ki, Çində tələbin bərpası ilə bağlı optimizm FED-lə bağlı narahatlıqlarla əvəz olub. Belə ki, bankın bəzi rəsmiləri inflyasiya ilə mübarizə üçün uçot dərəcəsini 5 faizdən yuxarı qaldırmağın zəruri olduğunu söyləyib. Bu fikirlər Asiya fond bazarlarında və bir çox əmtəələrdə ucuzlaşmaya səbəb olub.

ABŞ xam neftinin fevral fyuçersi 0,4 faiz ucuzlaşaraq 74,36 dollara, Brent markalı neftin mart fyuçersi isə 0,2 faiz ucuzlaşaraq 79,35 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram