Neft ucuzlaşmağa başladı | Banco.az

Neft ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti yoluxma sayınn artması səbəbindən yaranan narahatlıqlar fonunda ucuzlaşmağa başlayaraq həftəlik qazancının bir hissəsini itirib.

ABŞ xam neftinin (WTI) avqust fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) bu gün 0,8% dəyər itirməklə hazırda bir bareli 73 dollara icra edilir.

Brent markalı neftin sentyabr fyuçersi isə London əmtəə birjasında 1,8% bahalaşmadan sonra 0,7% geriləyərək bir bareli 75.52 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram