Neft ucuzlaşmağa başladı | Banco.az

Neft ucuzlaşmağa başladı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri yenidən ucuzlaşmağa başlayıb.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti dolların qlobal birjalarda güclənməsi və neft ehtiyatlarına dair qarışıq göstəricilərin fonunda ucuzlaşıb.

ABŞ xam neftinin (WTI) aprel fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) əvvəlki seansda 0,8% geriləyərək bir bareli 63.48 dollara enib.

Brent markalı neftin may fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 1,1% gerilədikdən sonra yenidən 1% dəyər itirməklə bir bareli 66.87 dollar səviyyəsinə qədər ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et