Neft Trampın "vur əmri" ilə bahalaşdı | Banco.az

Neft Trampın "vur əmri" ilə bahalaşdı

Bu gün 15,99 dollaradək ucuzlaşan Brent nefti, ABŞ Prezidenti Donald Trampın, ABŞ Hərbi Dəniz Qüvvələrinə, İran hərbi gəmiləri tərəfindən təqib edilmələri halında onları vurmaq əmri verdiyini açıqlamasının ardından bahalaşıb. Çünki, Bəsrə körfəzi neftin daşındığı əsas su yollarından biridir. 

Bakı vaxtı ilə saat 17:50-də Brent nefti 14% bahalaşma ilə 22 dollardan ticarət olunub. 

Xəbər verdiymiz kimi, ABŞ Prezidenti Donald Tramp, Twitter hesabından etdiyi paylaşmada, "ABŞ donanmasına, dənizdə bizim gəmilərimizi təqib etmələri halında hər hansı bir İran hərbi gəmisi və gəmilərini məhv etməsi və vurması əmrini verdim",- yazıb.

ABŞ donanması, keçən həftə İran İnqilab Keçikçiləri Ordusuna aid 11 sürət gəmisinin, Bəsrə Körfəzindəki 6 ABŞ gəmisinə təhlükəli bir şəkildə yaxınlaşaraq təqib etdiyini açıqlamışdı.

Açıqlamada, sürət gəmilərinin edilən xəbərdarlıqlara bir saat sonra cavab verib bölgədən uzaqlaşdığı və hər hansı bir qarşıdurma yaşanmadığı bildirilmişdi.

İranın Müdafiə naziri Əmr Xəttəmi, İnqilab Keçikçiləri Ordusuna aid sürət gəmiləri ilə Bəsrə Körfəzində olan ABŞ hərbi gəmilərinin qarşı-qarşıya gəlməsinə dair deyib: "Bəsrə Körfəzində qeyri-sabitlliyin əsl faktoru, dünyanın digər tərəfindən İranın sərhədlərinə gələn və əsassız iddialar ortaya atan amerikalıların işğalçı və qeyri-qanuni varlığıdır".

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et