Neft Trampın "tweet"i ilə ucuzlaşır | Banco.az

Neft Trampın "tweet"i ilə ucuzlaşır

Neft qiymətləri ABŞ Prezidenti Donald Trampın "tweet"i ilə düşür.

"Marja" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp neft qiymətləri barədə OPEC-i tənqid etməkdə davam edir. Tramp "Twitter" səhifəsində, "Neft qiymətləri həddən artıq yüksəkdir. OPEC, zəhmət olmasa, rahatlanın və canfəşanlığa son qoyun. Dünya kövrəkdir, bu artıma tab gətirməz" yazıb. 

Bakı vaxtı ilə saat 21:45-ə olan məlumata görə, Brent nefti 3,8% ucuzlaşma ilə 64,62 dollardan alıcı tapıb. 

Ən sərfəli kredit üçün müraciət et

Brent neftinin qiyməti, OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların hasilatlarını azaltmalarının təsiri ilə bu il yenidən 67 dolları keçmişdi. ABŞ ilə Çin arasındakı ticarət münaqişəsi və Vaşinqtonun Venesualanın neft ixracına sanksiya tətbiqindən qaynaqlanan narahatlıqların yüngülləşməsi də neft qiymətlərini dəstəkləyir.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et