Neft Tramp və Sinin görüşündən sonra bahalaşır | Banco.az

Neft Tramp və Sinin görüşündən sonra bahalaşır

Xəbər verdiyimiz kimi, Yaponiyanın Osaka şəhərində keçirilən G-20 Sammitində ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət başçısı Si Cinping görüşüb. Tramp görüşün çox yaxşı keçdiyini və danışıqların davam edəcəyini söyləyib. İki tərəfin müzakirələri davam etdirmək qərarı verdiyini və ABŞ-ın hazırda Çinə qarşı əlavə tarif addımı atmayacağı bildirilib. 

Donald Tramp və Si Cinpingin danışıqların davam etdirilməsinə və əlavə tarif olmayacağına qərar vermələrinə bazarların reaksiyası müsbət olub. Əlavə tariflərin qlobal durğunluq yaradacağı və bunun da neftə tələbin azalmasına səbəb olacağı ehtimal edilirdi. Ticarət müharibəində atəşkəsin davam etməsi iqtisadiyyat üçün müsbət vəziyyətdir.

Brent nefti 2,5% bahalaşaraq bareli 66,36 dollara qalxıb (saat 08:10-a olan məlumat).

ABŞ xam nefti isə 2.2% bahalaşaraq 59.79 dollara yüksəlib.

Qızıl ucuzlaşıb. Qızılın unsiyasının qiyməti 1,3% düşərək 1392 dollara geriləyib. 

Marja