Neft, ticarət münaqişəsi və artan istehsal ilə ucuzlaşır | Banco.az

Neft, ticarət münaqişəsi və artan istehsal ilə ucuzlaşır

ABŞ və Çin ticarət danışıqlarının proqramı məsələsində razılığa gəlmirlər. Bu vəziyyət, yenidən gərginləşə biləcək ticarət müharibəsi ilə neftə tələbin daha da azalacağı ehtimalını gücləndirir. Digər tərəfdən, bu il ilk dəfə Avqust ayında OPEC istehsalçılarının hasilatı artıb. Bütün bu proseslər neft qiymətlərinin düşməsinə səbəb olur. 

Çinli və amerikalı rəsmiləri, hər iki tərəfdəki inam çatışmazlığına görə, təkrar görüşün əsas şərtləri məsələsində razılığa gələ bilmirlər. Bloomberg-in sorğusuna görə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) xam neft istehsalı, qrupun istehsalı azaltmaq səylərinə baxmayaraq, Avqust ayında əvvəlki aya nisbətən 0.7% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bakı vaxtı ilə saat 15:10-a olan məlumata görə, Brent neftinin qiyməti 1,7% azalma ilə 57.71 dollara, Qərbi Texas neftinin (WTI) qiyməti isə 1,5% azalma ilə 54.04 dollarageriləyib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et