Neft, Səudiyyənin istehsalına dair müsbət siqnalların təsiri ilə ucuzlaşır | Banco.az

Neft, Səudiyyənin istehsalına dair müsbət siqnalların təsiri ilə ucuzlaşır

Səudiyyə Ərəbistanının dron hücumlarından sonra dayannmış istehsalını bərpa etmək məsələsində irəliləyiş qeyd etdiyi bildirilib. Bu xəbərlər neft qiymətlərinin düşməsinə səbəb olur. 

Yenə də krallığın Sentyabr ayının sonuna qədər istehsalı əvvəlki səviyyəyə çatdırıb-çatdırmayacağı qeyri-müəyyənliyini qoruyur.

Səudiyyə Ərəbistanının neft obyektlərinə dron ilə təşkil edilmiş hücumlar qlobal neft hasiltının 5% azalmasına səbəb olmuşdu və qiymətlər kəskin yüksəlmişdi. ABŞ, Fransa və Böyük Britaniya hücumlara görə İranı günahlandırıb. ABŞ, Səudiyyə Ərəbistanına daha çox hərbi qüvvə və silah göndərir.

Ən sərfəli kredit üçün müraciət et

Səudiyyə Ərəbistanı hasilatını Sentyabrın sonuna qədər hücumdan öncəki səviyyələrə çatdırmaq vədini təkrarlamasına baxmayaraq, bəzi analitiklər hədəfə çatılması məsələsində şübhələnirlər.

"Əsaslı təmir davam etdikcə nikbinlik artacaq və neft qiymətləri düşə bilər. Yenə də Səudiyyə Ərəbistanının hasilatı nə qədər sürətli bərpa edəcəyinə dair şübhələr yəqin ki, qiymətləri dəstəkləyəcəkdir". 

WTI və Brent nefti təxminən 0,7% ucuzlaşıb. WTI neftinin bareli 58.41 dollara, Brent neftinin bareli 64.35 dollara düşüb.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et