Neft, Səudiyyənin hasilatı azaldacağı xəbəri ilə bahalaşır | Banco.az

Neft, Səudiyyənin hasilatı azaldacağı xəbəri ilə bahalaşır

Səudiyyə Ərəbistanının və Venesuelanın ixracının azalması, həmçinin Səudiyyə Ərəbistanının hasilatını daha da azaldacağını açıqlaması, ABŞ və Çin arasında ticarət müharibəsinin dayanacağı gözləntisi ilə neft qiymətləri yüksəlir. 

Enerji İnformasiya İdarəsinin (EIA) Çərşənbə günü açıqladığı məlumatlara görə, Səudiyyə Ərəbistanı keçən həftə ABŞ-a gündəlik 415 min barel olmaqla tarixinin ən aşağı ixracını edib, Venesuelanın ixrac rekord səviyyəyə geriləyib.Səudiyyə Ərəbistanının ixracının azalması ilə ABŞ-ın neft ehtiyatlarının azalacağı gözlənilir. 

Digər tərəfdən, ABŞ-da neft ehtiyatları ötən həftə də artaraq ardıcıl dördüncü həftədə artıb və 2017-ci ilin sonlarından bu yana ən yüksək səviyyəsinə qalxıb.

Bu həftə Səudiyyə Ərəbistanının energetika naziri, ölkəsinin Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) müəyyən etdiyi miqdardan daha çox hasilatını azaldacağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Prezidenti Donald Tramp Çin mallarına gömrük tariflərinin artırılacağı tarixi daha irəli çəkəcəyini açıqlayıb. Bu açıqlama ABŞ Prezidentinin ticarət müqaviləsi məsələsində istəkli olduğuna işarədir. Bu da neftə tələbi yaxşılaşdıracaq bir amildir. Əgər ticarət müharibəsi şiddətlənərsə qlobal iqtisadi inkişaf ləngiyər və neftə tələb azalar. Neftə tələbin artması üçün qlobal iqtisadi artımın sürətlənəsi lazımdır. 

Bakı vaxtı ilə saat saat 12:40-da Brent nefti 1,6% bahalaşma ilə 64,62 dollardan alıcı tapıb. 

marja